- 30.11.2023 16:39
Parlamentin komitə sədrlərinə yeni avtomobillər verildi – FOTO
Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.
Proses.az “Report”a istinadən xəbər verir ki, bir müddətdir, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.
Hazırda parlamentin 15 komitəsi var.
Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.