- 06.12.2023 11:34
Ermənistanla İran Araz çayı üzərində yeni körpü tikmək istəyirlər
![Ermənistanla İran Araz çayı üzərində yeni körpü tikmək istəyirlər](https://proses.az/wp-content/uploads/2023/12/FotoJet-2023-12-06T102143.871-1.jpg)
Ermənistanla İran Araz çayı üzərində yeni körpü layihəsi üzərində işləyirlər.
Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan məlumat verib.
O qeyd edib ki, hazırda mütəxəssislər yeni körpünün inşası ilə bağlı texniki-iqtisadi araşdırmalar aparırlar.
“Layihələndirmə zamanı hazırda işləyən körpünün parametrləri, xüsusilə onun tutumu nəzərə alınacaq”, – deyə Kristina Qaleçyan əlavə edib.
Mənbə: Sputnik Ermənistan