- 07.12.2023 12:07
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi – SƏRƏNCAM
![Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi – SƏRƏNCAM](https://proses.az/wp-content/uploads/2023/12/ilham_aliyev_serencam1678364818.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Bu barədə President.az məlumat yayıb.
Sərəncamda deyilir:
“1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin”.