- 18.12.2023 14:23
Rəsul Quliyev villasını yarım milyon dollara satdı – Fotolar
![Rəsul Quliyev villasını yarım milyon dollara satdı – Fotolar](https://proses.az/wp-content/uploads/2023/12/resul-1.jpg)
Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli feysbuk hesabında məlumat yayıb.
O qeyd edib ki, satılan malikanənin qiyməti yarım milyon dollardan bir qədər artıq olub: “Keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var”.
Qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də Florida ştatının Palm-Kost şəhərində yaşayır. Təxminən 100 000 əhalisi olan şəhər Dubaydakı məşhur Palma adalarına bənzəyir. Palm-Kost şəhərindəki evlər hər tərəfdən su kanalları ilə əhatə olunub. Şəhərdəki evlərin qiyməti də ABŞ-nin daşınmaz əmlak bazarı üçün kifayət qədər yüksək hesab olunur.
![](https://qafqazinfo.az/uploads/1702880568/411235211_259142740513621_2879292231772373426_n.jpg)
![](https://qafqazinfo.az/uploads/1702880568/411273285_259142780513617_1945774876829699037_n.jpg)
![](https://qafqazinfo.az/uploads/1702880568/412082684_259142717180290_4714521161666634411_n.jpg)
![](https://qafqazinfo.az/uploads/1702880568/412131622_259142750513620_5021965532853593743_n.jpg)
![](https://qafqazinfo.az/uploads/1702880568/412097060_259142790513616_3719613570375641264_n.jpg)
![](https://qafqazinfo.az/uploads/1702880568/412129578_259142777180284_2008242000605339700_n.jpg)
![](https://qafqazinfo.az/uploads/1702880568/412104787_259142807180281_8861694445981962900_n.jpg)
![](https://qafqazinfo.az/uploads/1702880568/412104269_259142700513625_6933296109519042366_n.jpg)