- 18.12.2023 17:36
Bakı Dövlət Universitetinin korpusunda istilik yoxdur? – RƏSMİ CAVAB
![Bakı Dövlət Universitetinin korpusunda istilik yoxdur? – RƏSMİ CAVAB](https://proses.az/wp-content/uploads/2023/12/1702904676_aa.jpg)
Bakı Dövlət Universitetinin (BDU) 1 saylı korpusuna istilik enerjisinin verilməsində problemlər yaranıb.
Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, təhsil ocağının birinci korpusunda 1 aydır ki istilik yoxdur
“Səbəb qazanxanada təmir işlərinin aparılmasıdır. Tələbələr soyuq otaqlarda tədrisə davam edirlər”.
Məsələ ilə bağlı BDU-nun mətbuat katibi Kəmalə Quliyeva BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, korpusda istiliklə bağlı problem yaşanırdı. Lakin artıq məsələ öz həllini tapıb.