• 19.12.2023 15:53

Metro istifadəçilərinə ŞAD XƏBƏR – Yeni ödəniş üsulu TƏTBİQ OLUNACAQ

Metro istifadəçilərinə ŞAD XƏBƏR – Yeni ödəniş üsulu TƏTBİQ OLUNACAQ

Azərbaycanın ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Bunu ötən gün “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlar vasitəsilə ödəniş etmək mümkün olacaq.

Məlumata görə, gələn aydan bir neçə marşrutda ödənişin bank kartı ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra gələn ilin ilk rübünün sonunda yeni ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur. Görünür ki, gələn aydan avtobuslarda bank kartları ilə ödənişin həyata keçirilməsi üçün sınaqlara başlanılacaq.

Bəs metroda bank kartları ilə ödənişə nə zaman başlanılacaq?

Proses.az xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans.az-a açıqlamasında bildirib ki, gələn ilin ilk rüblərindən metroda bank kartları ilə ödənişin tətbiq olunması üçün sınaq mərəhələlərinə başlanılacaq:

“Bu barədə daim demişik. Hətta sentyabr ayında QR biletlə ödəmə sistemi təqdim olunanda da növbəti ödəniş üsulunun texniki sınaq mərhələsindən sonra bank kartları ilə ödəniş olacağını bildirmişik. Prinsip elədir ki, bunun mərhələli şəkildə yerüstü və yeraltı nəqliyyatda tətbiq olunması nəzərdə tutulub. Amma sınaq mərhələsindən sonra tətbiq olunacaq və ya olunmayacaq bunu zaman göstərəcək. Çünki bir sistem tətbiq olunursa, o tam təkmilləşmiş bir sistem olmalıdır ki, metropoliten kimi eyni anda bir çox sərnişinin istifadə etdiyi nəqliyyat vasitəsində hər hansısa bir texniki səbəbdən problemlər yaşanmasın.

Metropoliten rəsmisi bildirib ki, hazırda QR biletlə ödəniş sisteminin üzərində işlər gedir və metro stansiyalarındakı turnikedlər yeni ödəniş üsuluna yararlı olması üçün dəyişdirilir. Onun sözlərinə görə, bu ilin sonuna qədər metronun əksər stansiyalarında bu ödəniş üsulunun tətbiqi üçün ciddi işlər görülür: “Hər bir ödəniş sisteminin tətbiqindən əvvəl mütləq texniki araşdırma işləri aparılmalıdır. Yəni özünüz də müşahidə etdiniz ki, QR biletlə ödəniş sistemində biz çox da tələsmədik. Halbuki 2018-ci ildən bu ödəniş sisteminin tətbiq edilməsi üçün çalışırıq. İstənilən ödəniş üsulu çox diqqətli şəkildə yoxlanılıb daha sonra tətbiqinə başlanılmalıdır. Təsəvvür edin ki, “28 may” stansiyasında birdən-birə həmin ödəniş sistemində problem yaranır və 15 sərnişinin eyni anda ödəniş edə bilmir. Görün bunun hay-küyü hara gedib çıxar”.

Yeni ödəniş üsullarının tətbiqi nəticəsində “Bakıkart”ın ləğv olunub-olunmayacağı ilə bağlı suala isə Bəxtiyar Məmmədov belə cavab verib:

“Xeyr, “Bakıkart”ın ləğv olunmasından söhbət belə gedə bilməz. Əksinə, sərnişinlər üçün nə qədər çox ödəniş üsulu olarsa, bu, bir o qədər müsbət haldır. Çünki sərnişinin seçmə imkanı olmalıdır. Ümumiyyətlə, hər hansısa bir sistemin ləğv olunması konkret olaraq ona tələbatın olmamasından yarana bilər. Yəni təsəvvür edin ki, bütün metropolitendə bank kartı ilə ödəniş sistemindən heç kim istifadə etməməlidir ki, o sistem ləğv olsun”.

DİGƏR XƏBƏRLƏR

Bakı küçəsindəki robot-it maraq doğurdu – VİDEO

Bakı küçəsindəki robot-it maraq doğurdu – VİDEO

Bakının mərkəzində lentə alınan görüntülər maraq doğurub. Milli.Az xəbər verir ki, Bakıda bioloji robot-it görünüb, bu da sakinlərin diqqətini cəlb edib.…
Kişinin xəbəri olmadan mədəsi çıxarıldı, ölümdən döndü

Kişinin xəbəri olmadan mədəsi çıxarıldı, ölümdən döndü

İstanbulda özəl xəstəxanalardan birində əməliyyat olunan kişinin xəbəri olmadan mədəsi çıxarılıb. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2023-cü ildə…
“Böyük klublara qarşı oynamışıq, çəkinmirik”

“Böyük klublara qarşı oynamışıq, çəkinmirik”

Çox vacib matçdır. Proses.az report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Niderlandın “Ayaks” komandasına…
Tuneldə boğulan Elnurun ölümündən əvvəl görüntüləri – VİDEO

Tuneldə boğulan Elnurun ölümündən əvvəl görüntüləri – VİDEO

Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. “Qafqazinfo”nun məlumatına görə, həyatını itirən…
Anar Mədətov oğlu Mahir Emrelidən DANIŞDI: “Neçə ildir o əziyyət çəkir” – VİDEO

Anar Mədətov oğlu Mahir Emrelidən DANIŞDI: “Neçə ildir o…

Tanınmış musiqi prodüseri Anar Mədətov oğlu, məşhur futbolçu Mahir Emrəli haqda sualları cavablandırıb. Proses.az shownews-a istinadən xəbər verir ki, “Xəbərin…
İstilik mövsümü vaxtından əvvəl BAŞLAYACAQ?

İstilik mövsümü vaxtından əvvəl BAŞLAYACAQ?

Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Bakı şəhər sakinlərinin…
Keçmiş müşavir TUTULDU

Keçmiş müşavir TUTULDU

SOCAR Petroleum QSC rəhbərinin sabiq müşaviri, hazırda eyni şirkətdə böyük iqtisadçı vəzifəsində işləyən İlqar Əkbərli həbs edilib. Proses.az qafqazinfo-ya istinadən…
Gecə onlarla nömrə itib, sürücülər nə etsin? – Rəsmi cavab

Gecə onlarla nömrə itib, sürücülər nə etsin? – Rəsmi…

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yağan aramsız yağışlar bir sıra fəsadlara yol açıb. “Qafqazinfo”nun məlumatına görə, bunun nəticəsində dünən…
Vasif Məhərrəmli psixoloqların qonorarının çoxluğundan danışdı

Vasif Məhərrəmli psixoloqların qonorarının çoxluğundan danışdı

Əməkdar artist Vasif Məhərrəmli psixoloq qəbulunda olan zaman verdiyi qonorardan danışıb. Axşam.az xəbər verir ki, müğənni “İncə səhər” proqramında başına…
Rus jurnalist oteldə ölü tapılıb

Rus jurnalist oteldə ölü tapılıb

Rusiyalı jurnalist İnessa Papernaya Daşkənddə oteldə ölüb. BAKU.WS xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlunat yayıb. Məlumata görə, jurnalist…
Tuneldə boğularaq ölənlərdən birinin FOTOSU

Tuneldə boğularaq ölənlərdən birinin FOTOSU

Xəbər verdiyimiz kimi, Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Həyatını itirən şəxslərdən 48 yaşlı Elnur Fazil…
Azərbaycanlı müğənni küçədə “salfet” SATDI: “İş-güc yoxdur” – VİDEO

Azərbaycanlı müğənni küçədə “salfet” SATDI: “İş-güc yoxdur” – VİDEO

“İş-güc yoxdur” Medianews.az bildirir ki, ARB TV -nin “Günə Bax” verlişində maraqlı anlar yaşanıb. Belə ki, verlişdə qonaq olan gənc…
Tuneldəki ölümlə bağlı araşdırma başladı

Tuneldəki ölümlə bağlı araşdırma başladı

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq paytaxtda tuneldə vətəndaşın boğularaq ölməsi hadisəsi ilə bağlı birgə məlumat yayıb. Proses.az xəbər verir ki,…
Piyadaların üzərinə su sıçradan sürücülərin NƏZƏRİNƏ

Piyadaların üzərinə su sıçradan sürücülərin NƏZƏRİNƏ

“Sulu və ya palçıqlı yolda piyadalara, binalara və ətrafdakı nəqliyyat vasitələrinə qəsdən su sıçradılması hər bir sürücüdə, İnzibati Xətalar Məcəlləsinin…
Hacı Şahinin yenilənən məzarının GÖRÜNTÜSÜ – FOTO

Hacı Şahinin yenilənən məzarının GÖRÜNTÜSÜ – FOTO

Hacı Şahin Həsənlinin məzarı yenilənib. Bu barədə teleaparıcı Hacı Nuran sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda Hacı Şahinə sadə baş…