• 26.12.2023 15:46

“Fəxr etdim ki, döyüşdüyüm Qarabağda oyun idarə edəcəyəm” – Xankəndidə tarixə düşən hakim

“Fəxr etdim ki, döyüşdüyüm Qarabağda oyun idarə edəcəyəm” – Xankəndidə tarixə düşən hakim

Azərbaycan Kubokunun 1/8 finalının “Qarabağ” – MOİK oyunu futbolumuzun tarixinə düşdü. İşğaldan azad olunduqdan sonra ilk dəfə Qarabağda oyun məhz Xankəndi şəhər stadionunda keçirildi. Bu görüşdə tarixə düşən təkcə qol vuran “Qarabağ”ın gənc forvardı Nəriman Axundzadə olmadı, həmçinin baş hakim Əli Əliyev işğaldan azad olunmuş torpaqlarımızda matç idarə etmiş ilk hakim kimi tarixə adını yazdırdı.

Əli Əliyev özü də “Qarabağ” adına yad sima deyil. O, Aftandil Hacıyevin (indi “Qarabağ” Akademiyasının rəhbəri) vaxtı ilə baş məşqçisi olduğu “Qarabağ”ın əvəzedici komandası ilə 2015/16 mövsümündə ölkə çempionu olub. Premyer Liqada “Kəpəz” və “Rəvan” kimi klublarda oynadıqdan sonra hakimlik fəaliyyətinə başlayıb. 2020-ci ildə uşaq liqalarında hakimlik edərkən, II Qarabağ Müharibəsində iştirak üçün təlimlərə çağırılıb və döyüşlərdə iştirak edib.

Qalanını 29 yaşlı referi Prosport.Az saytına verdiyi müsahibədə özü izah edib.

– Sizi Premyer Liqada az-az görürük. Sizcə, Xankəndidəki oyuna məhz sizin təyinatınızın səbəbi nə idi?

– Bəli, Premyer Liqada cari mövsüm 2 oyunda baş hakim olmuşam. Sonuncu dəfə oktyabrın 1-də VIII turun “Araz-Naxçıvan” – “Zirə” oyununu idarə etmişdim. Ondan əvvəl isə avqustda IV turda “Qarabağ” – “Kəpəz” matçında baş hakim olmuşam. Cari mövsüm 2-ci dəfə “Qarabağ”ın matçına təyinat alırdım. Amma I və II Liqalarda da baş hakim kimi oyunlar idarə etmişəm. Bu matçda isə təyinatda yer alanlardan laynsman Taleh Məmmədov və 4-cü hakim Kamal Umudlu II Qarabağ Müharibəsinin veteranları idi. Özüm də döyüşdə iştirak etmişəm. Digər laynsman Şirmamed Mamedovun isə bibisioğlu şəhid olmuşdu. Mən düşünürəm ki, bu məqsədlə bu tarixi oyun bizə həvalə olunmuşdu.

– Siz özünüz müharibədə nə vaxt iştirak etmisiniz?

– 2020-ci ilin sentyabrın 21-də hərbi səfərbərliklə Sumqayıtın N saylı hərbi hissəsinə çağırılmışam. Atıcı əsgər idim. Döyüşlər başlayandan cəbhə ərazisinə yollanmışıq. Füzuli-Xocavənd istiqamətində və Laçın dəhlizi yolunda döyüşlərdə iştirak etmişəm. Döyüş bitdikdən sonra cəmləşmə məntəqəsi kimi Cəbrayılda olmuşam. “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm.

– Oyunun sizə verilməsini biləndə, hansı təəssüratları yaşadınız?

– Əlbəttə, qürurlandım. Təyinatı eşidəndə, tüklərim biz-biz oldu. Fəxr hiss yaşadım ki, döyüşdüyüm, işğaldan azad etməyə çalışdığım Qarabağda oyun idarə edəcəyəm. Bundan xoşbəxt hisslər ola bilməz.

– Yəqin ki, ağlınıza gəlməzdi ki, heç vaxt görmədiyiniz Xankəndidə keçirilən ilk futbol matçının baş hakimi olarsınız…

– Özüm də başa düşmürəm ki, bu necə emosiyalardır. Stadionda tamaşaçılar “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz” deyə qışqırırdı. Mənim üçün bundan dəyərli hisslər ola bilməz. Futbol oynamaq üçün hava da imkan verirdi. Ümumiyyətlə, oranın havası əladır. Stadionun şəraiti də yaxşı idi. Prezident İlham Əliyev oyundan öncə bizimlə görüşdü. Ali Baş Komandanla əsgər kimi görüşə bilməsəm də, hakim kimi görüşmək mənə qismət oldu. Bu da qürur keçiriləsi hisslərdir.

– Oyunda cəmi 1 sarı vərəqə göstərdiniz. MOİK-in qapıçısı Zeynal Əhmədzadə 82-ci dəqiqədə oyunun bərpasını ləngitdiyinə görə cəzalandı…

– Ümumiyyətlə, oyunda gərginlik olmadı. Futbolçular bir-birinə qarşı kobud oynamadı. Özləri də bu oyunun tarixi əhəmiyyətini başa düşürdülər.

– Matçdan öncə ölkə başçısı meydana daxil olanda, sizinlə dialoqu da oldu. Sizə nə dedi?

– Dedi ki, fəaliyyətinizdə uğurlar arzulayıram. Mən də təşəkkür etdim. Sonra “hansı tərəfə başlamalıyam, püşkü hansı komanda udub” kimi belə bir dialoqumuz oldu. O da topu MOİK tərəfə atdı.

 

DİGƏR XƏBƏRLƏR

“Media Türk TV” Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq edəcək – FOTOLAR

“Media Türk TV” Türk Mədəniyyəti və İrsi Fondu ilə…

Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında təşkilatın prezidenti Aktotı Raimkulova ilə Azərbaycan Mətbuat Şurasının üzvü, “Media Türk TV” İnternet Televiziyasının…
Balaxanıdakı “Cəhənnəm avtobusu”ndan dəhşətə salan GÖRÜNTÜLƏR – Qiymət qalxsa da…FOTOREPORTAJ

Balaxanıdakı “Cəhənnəm avtobusu”ndan dəhşətə salan GÖRÜNTÜLƏR – Qiymət qalxsa…

Cem Karacanın oxuduğu kimi,- “mindik bir əlamətə, gedirik qiyamətə”. Söhbət bu dəfə Bakıya ən yaxın kəndlərdən biri olan, hər küçəsi…
Ayşənin anası ŞOK DETALLAR açıqladı – Görün nələr baş verib

Ayşənin anası ŞOK DETALLAR açıqladı – Görün nələr baş…

Xırdalanda əri tərəfindən binadan atılan 22 yaşlı Ayşən Kazımovanın anası kimi özünü təqdim edən qadın qızı ilə bağlı bəzi məlumatlar…
“Sizin ananız bu qadındır” deyə uşaqları damğalamaq… – Yazıçıdan ETİRAZ

“Sizin ananız bu qadındır” deyə uşaqları damğalamaq… – Yazıçıdan…

Düşünürəm ki, insanlar nəyin qarşılığında insanlığını itirə bilər? Təbii ki daha çox nəyəsə vadar olarsa. Əslində heç onda da olmamalıdır.…
Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ – Vəziyyətin gərginləşməsinə görə…

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ – Vəziyyətin gərginləşməsinə görə…

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın növbəti təxribatı barədə bəyanat yayıb. Nazirlikdən Proses.az-a daxil olan bəyanatda deyilir: “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son…
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir – FOTOLAR

Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir – FOTOLAR

Bu günlərdə idmanın zirvə yarışı hesab edilən Yay Olimpiya Oyunları keçirilir. Publika.az xəbər verir ki, məlum səbəblərdən rusiyalı idmançılar Parisdə keçirilən…
Azərbaycanda kişini qəbiristanlıqda döyüb öldürdülər – tutulan var

Azərbaycanda kişini qəbiristanlıqda döyüb öldürdülər – tutulan var

İyulun 1-də Tovuz rayon sakini 66 yaşlı Novruz Hacıyevin aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon…
“Ərimə 3 dəfə başqası ilə evlən dedim” – Xərçənglə mübarizə aparan məşhur

“Ərimə 3 dəfə başqası ilə evlən dedim” – Xərçənglə…

Xərçənglə mübarizə aparan rəqqasə Tanyeli bu müddətə ərzində ərindən böyük dəstək aldığını deyib. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İlkər…
Səfirin parlament seçkilərində iştirakı- Təsdiqləndi

Səfirin parlament seçkilərində iştirakı- Təsdiqləndi

Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək arzusundan danışıb. Diplomat qeyd…
Mehriban Xanlarovaya ağır itki

Mehriban Xanlarovaya ağır itki

Əməkdar artist Mehriban Xanlarovaya ağır itki üz verib. Proses.az News24.az-a istinadən bildirir ki, M. Xanlarovanın qardaşı uzun sürən onkoloji xəstəlikdən…
Ağadadaş Ağayevi döyən şəxslə bağlı dəhşətli faktlar – Adam oğurluğu, çoxillik türmə həyatı…

Ağadadaş Ağayevi döyən şəxslə bağlı dəhşətli faktlar – Adam…

Ağadadaş Ağayevin döyüldüyü insident bir neçə gündür ki, gündəmi zəbt edib. Müzakirələr davam etdiyi kimi, yeni faktlar da ortaya çıxmağa…
Ağadadaş Ağayevin döyüləndən sonra ilk fotosu

Ağadadaş Ağayevin döyüləndən sonra ilk fotosu

Xəbər verdiyimiz kimi, 22 iyul saat 07 radələrində xalq artisti Ağadadaş Ağayevlı “Medera” hospitalının gözətçisi Nurəddin Cəlilov arasında insident yaşanıb.…
Manatın məzənnəsi dəyişə bilər – Proqnoz

Manatın məzənnəsi dəyişə bilər – Proqnoz

Azərbaycanda dollar-manatın nisbətinin dəyişə bilməsi məsələsi geniş və çoxşaxəli bir məsələdir. Valyuta məzənnəsinin dəyişməsi, bir çox iqtisadi və qeyri-iqtisadi amillərlə…
Baş nazir qərar imzaladı – Uşaqlara pulsuz oldu

Baş nazir qərar imzaladı – Uşaqlara pulsuz oldu

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nı təsdiqləyib. Proses.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli…
Azərbaycanda vəzifəli şəxs xidməti otağında qəfil öldü

Azərbaycanda vəzifəli şəxs xidməti otağında qəfil öldü

Kürdəmir rayonun icra və probasiya şöbəsinin rəisi vəfat edib. “Report”un bölgə müxbirinin əldə etdiyi xəbərə görə, icra və probasiya şöbəsinin…