- 31.12.2023 15:34
ƏHALİNİN DİQQƏTİNƏ: Yanvarın 5-dək…
![ƏHALİNİN DİQQƏTİNƏ: Yanvarın 5-dək…](https://proses.az/wp-content/uploads/2023/12/f32a3c140715c632fa96203c6af7a45e.jpg)
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 5-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yanvarın 6-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.