- 02.01.2024 17:30
İran deputatı Azərbaycan sərhədini pozdu – VİDEO
Gilan əyalətinin İran parlamentindəki nümayəndəsi Həsən Məhəmmədyari Azərbaycan sərhədini pozub.
Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, bu, dekabrın 30-da İran və Azərbaycan arasında Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı mərasimi zamanı baş verib.
Protokolları pozaraq sərhəd zolağından keçən millət vəkilinin Azərbaycan sərhədçiləri tərəfindən geri qaytarıldığı bildirilib.