- 04.01.2024 11:48
“… ay tupoy” – Nazilədən 17 yaşlı nişanlısı başqası ilə qaçan 40 yaşlı kişiyə SƏRT SÖZLƏR
![“… ay tupoy” – Nazilədən 17 yaşlı nişanlısı başqası ilə qaçan 40 yaşlı kişiyə SƏRT SÖZLƏR](https://proses.az/wp-content/uploads/2024/01/1172589.jpg)
“40 yaşında kişiyə zorla 17 yaşlı qızı ərə veriblər. O da gedib toylardan birində başqa kişiyə qoşulub, qaçıb. Hələ, deyilənə görə, qaçarkən evdən 5 minlik qızıl da aparıb. Haqq edib, əlinin içindən gəlib. Oğrudan oğruya halaldır”.
Proses.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli sosial media hesabındakı paylaşımında deyib.
O, bir neçə gün öncə yaşanan hadisəyə sərt reaksiya verib: “Adamın abırı olar ee. Sən bunun gəncliyini oğurlamısan ee. 17 yaşlı qızın… Ən gözəl yaşında sən – 40 yaşlı kişi onun gəncliyini oğurlamısan. Yeri gəlsə uşağın yaşdadır. Sən niyə uşaq-muşaqla oynayırsan, ay tupoy?”
Nazilə atmacasından da geri qalmayıb: “35 yaşlarında o qədər qızlar var ki, savadlı, ziyalı, amma ailə qura bilməyiblər. Get onlarla evlən də. “Qarımış” demək istədim, amma ehtiyat elədim. Onsuz da 35 yaş qarımış hesab edilir də. Bağışlayın…”