- 04.01.2024 12:21
Bakıda “BMW” yoldan çıxaraq ağaca çırpıldı – VİDEO
Paytaxtda “BMW” markalı avtomobilin ağaca çırpılması ilə nəticələnən qəza hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.
Hadisə Neçtilər prospektində qeydə alınıb.
İdarəetməni itirən sürücü yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.