- 18.01.2024 09:40
Bakıda hamilə qadın faciəvi şəkildə öldü
![Bakıda hamilə qadın faciəvi şəkildə öldü](https://proses.az/wp-content/uploads/2024/01/30f2c3acdc2ae99b664b9e9b07a93d80jpg_1692040525.jpg)
Hadisə Bilgəh qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Səmayə Xalid qızı Məmmədova evin hamam otağında dəm qazından boğulub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, ölən qadın hamilə olub.