• 18.01.2024 12:02

Əməkdar artist: “Onları Allaha həvalə edirəm, məhkəməyə verəcəyəm” – FOTO

Əməkdar artist: “Onları Allaha həvalə edirəm, məhkəməyə verəcəyəm” – FOTO

Əməkdar artist Təranə Vəlizadə Moderator.az saytının suallarını cavablandırıb.

-Təranə xanım, bu günlərdə saytlarda və sosial şəbəkələrdə avtobus gözləyərkən sizin şəkiliniz olduğu iddia edilən bir foto yayımlamışdılar. Sözün düzü həmin xanımı sizə bənzətmədik.. Söhbətimizə də bu mövzudan danışmaqla başlamağınızı istərdim.

– Mən bir şeyi başa düşmürəm, bu paxıllar, işsiz, gücsüz adamlar məndən nə istəyir? Harada kimi görürlər, mənə oxşadırlar. Mən dükan-bazar gəzmirəm, avtobusa minmirəm, piyada gedəndə də yalnız evimin yanındakı marketə gedib çörək və şirniyat alıram. Bazarlığımı övladlarım edir. Küçəyə mən gödək ətəklə yox, qadın şalvarı ilə çıxıram, yaşıma-başıma hörmət edirəm. Başımı qışda örtürəm, uzun palto, uzun kurtka və boynuma şərf dolayıram. Çünki səsimi qoruyuram. Bilirsiniz, siravi vətəndaşlar yazanda fikir vermirsən, ancaq tanınmış saytlar belə yalnış fikirlər söyləyəndə, kiminsə diqtəsilə böhtanlar yazanda onların yazarlarının aşağı səviyyədə, nüfuzsuz olduqları üzə çıxır. Mən böyük bir sənət məktəbi keçmişəm. Böyük bəstəkarlar və sənətkarlarla işləmişəm. Çox yazıqlar olsun ki, mənim sənətimi qoyub, məndən yalnış məlumatlar yazırlar. Dəfələrlə həyatım, yaradıcılığım haqqında məlumatlar vermişəm. Marağı olan qurumlar mənimlə əlaqə saxlayıb cəmiyyətimizə doğru məlumatlar çatdıra bilər. Saytlarda mənim nə şəxsiyyətimə, nə savadıma, nə nüfuzuma yaraşmayan təhqirli sözləri kim yazıbsa, yalandan mənim şəkilimdir deyə paylaşıbsa, onların hamısını məhkəməyə cəlb edəcəyəm!!! Hər küçədən keçən, mənə şər atıb, nüfuzumu kiminsə diqtəsi ilə korlaya bilməz. Ar olsun o cür haram çörək qazananlara! Həmin insanları azan vaxtı ibadət edib Allaha tapşırıram.

-Bütün bunları kimlərin etdiyindən xəbəriniz var?

-Məhkəməyə versəm əlbəttə ki, aydın olacaq ki, kim edib. Sarı mətbuatı oxumuram. Hamı haqqında yazırlar. Bilirəm ki, bu yazıları yazanlar və yazdıranlar məni və digər sənətkarları gözləri götürməyənlərdir. Bu məsələlər mənim yoldaşım həlak olandan sonra başladı. Bir qrup insan məni nüfuzdan salıb, səhnədən uzaqlaşdırmaq istədi. Yoldaşımın ölümündən 10 gün sonra, telekanala gedib, onun və mənim video lent yazılarımı xahiş etdim. Dedilər ki, pozublar. 10 günə hamısını pozmuşdular. Nə duetlərimiz, nə də ki, onun və mənim solo ifalarımız qalmışdı. Elə bil ki, biz adda heç müğənnilər olmayıb. Bayram konsertlərində biz iştirak etdiyimiz hissələri montaj edərək, kəsib itirmişdilər.

-Nədənsə son zamanlar efirlərdə də çox az görünürsünüz.. Buna səbəb nədir?

-Efirlərdən çox dəvətlər gəlir, amma getmirdim. Çünki istirahət edirdim. Sağ olsunlar, dəvət edirlər, hörmətlə yanaşırlar. Bizim nəsil sənətkarlarda o illərin mədəniyyəti var. Hər mahnının öz paltarı var. Hər sözü gərək elə deyəsən ki, tamaşaçıya çatdıra biləsən. Səhnədə bəzən göz ifadəsi, üz ifadəsi də köməyə çatır. Bunu hər müğənni bilmir, professionallar bilir. Mən vətənimi, sənətimi sevən insanam. Vətənimi tərk edib gedib başqa ölkədə də yaşaya bilərdim. Xarici ölkələrdə çox olmuşam, məni o qədər böyük sevgi ilə qarşılayıb, yola salıblar ki. Sovet illərində də, sonradan da. Yalvarıblar, xahiş ediblər ki, qalın bizdə. Çünki mən təkcə xalq yox, həm də klassik estrada, pop estrada üslubunda, bir neçə dildə də mahnılar oxuyuram. 50 ildir bu sənətdəyəm. Can qoymuşam sənətə. Mən ona görə can qoymamışam ki, bu gün murdar sözlərlə məni yad etsinlər! Xalqım məni çox gözəl tanıyır. Hər zaman geyimimə, duruşuma, nüfuzuma önəm vermişəm. Heç kim deyə bilməz ki, mən efirdən istifadə edib, kiminsə ləyaqətini alçaltmışam, yaxud kiməsə aşağılayıcı sözlər demişəm. Nəinki efirdə, elə həyatda da.

-Səhnədə ən gözəl duetlər sizin və mərhum sənətkarımız, həyat yoldaşınız Eyvaz Həsənovun adı ilə bağlıdır. Ondan sonra duet təklifləri gəldi sizə?

-Çox duet təklifləri gəldi. Mən oxumadım. Çünki ailə dueti başqa idi. Burada sevgi, hörmət, bağlanmaq, bir-birini başa düşmək, sevmək var. Ona görə də bizim duetlərimiz sevilirdi. Hər kəsi inandıra bilirdik. Mütləq deyil ki, o şəxslərin arasında sevgi olsun, amma hörmət olmalıdır. Duet iki qəlbin bir şərqisidir. Bir-birinin səsini, oxu tərzini bəyənməyən insanlar duet oxuyanda yabancı çıxır. Bu deyir ki, elə oxuyum ki, o kölgədə qalsın, o da deyir ki, elə oxuyum bu kölgədə qalsın. Duet birlikdir.

-İllər öncə özəl məclislərin, sanballı toyların ən tələbatlı müğənnisi olmusunuz. Bu gün necə, toylara gedirsiniz?

-Xeyr, demək olar ki, toylara getmirəm. Sırf yaxın adamların, qohumların toyuna qonaq kimi gedirəm. Çox xahiş edəndə bir ağız oxuyuram. Hər yaşın öz gözəlliyi, zamanı var. Mən bu gün də sevilirəm. Amma toylara getməyə artıq həvəsim yoxdur. Konsert proqramlarında çıxış edirəm. Mən canlı oxumağa üstünlük verirəm. İndiki bizim toy saraylarında akkustikanı düzgün yaratmırlar. Musiqi elə səslənir ki, nə müğənnin səsi eşidilir, nə də musiqiçilərin çalğısı aydın eşidilir. Bir hamam səsi gəlir. Müğənni də məcbur olub fonoqramla toyu yola verir. Əvvəllər müğənni oxuyanda hamı qulaq asırdı, indi heç kim qulaq asmır. Hamı canlı oxuyurdu, gözəl səslənmə var idi. Mən indi də fonoqramsız oxuyuram. Müğənnilərin biznesi toylardır. Dolanışıq, maddiyat xatirinə toylara getmişik. İstədiyimizdən də artıq məbləğ bizə ödəyiblər. O vaxt gəlib bizimlə toy danışırdılar, qiymət deməyə utanırdıq. Hər zaman da bizi çox yaxşı yola salıblar. Bizə o qədər sevgi, məhəbbət, istək var idi ki. Gəlib məni gəlinin yanına aparıb deyirdilər ki, “Təranə xanım, əlini gəlinin başına çək, sənin kimi xoşbəxt olsun”.

-Ən sevilən cütlük idiniz.. Olmaya xoşbəxtliyiniz gözə gəldi?

-Nə bilim. Bəlkə də. Göz, nəzər var. İnsana xələl gətirə bilər. Bunu müqəddəs kitabdan başqa, alimlər də təsdiq edib. Bəd gözlərdə şüa var. Hərislik, paxıllıq şüası. O şüa insanın aurasını dəlir. Həmin auraya sonradan mənfi qüvvələr daxil olur. Ona görə insan xəstələnə, yıxıla, hətta ölə bilər.

-Gənclərə tövsiyyəniz nə ola bilər?

-Vallah nə deyim. İndi başqa dövrandır. Heç kəs öz orijinallığını itirməsin. Gözəlliyi bərpa etmək, yaratmaq lazımdır. Şair deyir ki, hər şey gözəldir həyatda, özün bir gözəllik yarada bilsən. Əgər sən özün bir gözəllik yarada bilirsənsə, onunla fəxr edə bilərsən. Əgər sən Allah təalanın yaratdığı gözəlliklə fəxr edirsənsə, o düzgün deyil. Allahın mənə verdiyi görkəmlə heç vaxt fəxr etməmişəm. Buna ixtiyarım yoxdur. Çünki bunu Allah özü mənə verib. Əgər sonralar bunu cərrah əliylə mən düzətsəydim, fəxr edə bilərdim. Cərrah əlinə düşməmişəm. Allah nə veribsə onunla razılaşmışam. Təbiiliyi daha çox sevirəm. Mən heç kimə rişxənd etmirəm. Əksinə, mən xoşlayıram ki, gənclər gözəlləşsinlər.

-Belə başa düşdüm ki, plastik əməliyyatların əleyhinə deyilsiniz…

-Qətiyyən! Plastik əməliyyatlar gözəllikdir. Amma qaydasında. Çox olmamaq şərtilə. Səhnə də gözəlliyi sevir. Oxumağın önəmlidir, əsas sənətdir, gözəllik ikinci dərəcəlidir. Sənət olmayanda gözəllik iyrənc görünür. Çünki biz model deyilik, müğənniyik. Əsl gözəllik sənətin özüdür.

DİGƏR XƏBƏRLƏR

“RR Constructions” göz görə-görə sakinləri ölümə aparır- Nəzarəti kim etməlidir? VİDEO

“RR Constructions” göz görə-görə sakinləri ölümə aparır- Nəzarəti kim…

“RR Constructions” MTK tərəfindən Bakının “Kubinka” kimi tanınan hissəsində yeni yaşayış kompleksinin tikintisi zamanı bir neçə ailənin həyatının risk altında…
İran və İsrailin raket gücü: Dəqiqliyin həlledici üstünlüyü

İran və İsrailin raket gücü: Dəqiqliyin həlledici üstünlüyü

Yaxın Şərqdə baş verən son gərginliklər İran və İsrail arasında texnologiya əsaslı müharibənin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Tərəflər…
Vaşinqton Tehrandan nə istəyir?- Yaxın Şərqdə müharibənin kölgəsində böyük hesablaşma

Vaşinqton Tehrandan nə istəyir?- Yaxın Şərqdə müharibənin kölgəsində böyük…

Amerika Birləşmiş Ştatlarının İranla bağlı əsas məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq və bölgədəki güc balansını öz xeyrinə…
Əhaliyə XƏBƏRDARLIQ – Bu linklərə daxil olmayın

Əhaliyə XƏBƏRDARLIQ – Bu linklərə daxil olmayın

Bir sıra şəxslərin bank hesablarından iyunun 17-də 6970, 3823, 840, 830, 590, 300, 153, 120, 61 və 31 manat kiber…
Aqşin Yenisey Fərhad Yalquzağın intiharından yazdı: “Bu, eqoizmdir”

Aqşin Yenisey Fərhad Yalquzağın intiharından yazdı: “Bu, eqoizmdir”

Xəbər verdiyimiz kimi, tanınmış rəssam Fərhad Yalquzaq dünən gecə saatlarında intihar edib. Hadisə rəssamın Xətai rayonunda yerləşən evindəki emalatxanada baş…
Boşandığı həyat yoldaşından danışıb kövrəldi – Video

Boşandığı həyat yoldaşından danışıb kövrəldi – Video

Xəbər verdiyimiz kimi, bloger cütlük Fərid və Nagehan Abdullayevalar ayrılıb.   Axşam.az-ın məlumatına görə, Nagehan ötən gün Bakıda özünə ad günü…
Avtomobil almağa tələsməyin: Məlumat bazası yaradılır

Avtomobil almağa tələsməyin: Məlumat bazası yaradılır

Azərbaycanda avtomobillərlə bağlı vahid məlumat bazasının yaradılması planlaşdırılır. Yeni sistem maşının texniki vəziyyətindən tutmuş qəzalar və sığorta tariçəsinədək bütün məlumatları…
Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…

Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış…

Hazırda dünyada bir neçə ciddi geosiyasi münaqişə eyni vaxtda davam edir. Ukrayna-Rusiya savaşı, İsrailin həm Fələstin, həm də İranla qarşıdurmaları…
ABŞ İranı vursa, iki ölkə dərhal müharibəyə qoşulacaq – Ekspert

ABŞ İranı vursa, iki ölkə dərhal müharibəyə qoşulacaq –…

Ötən gün axşam saatlarında ABŞ Prezidenti Donald Trampın Təhlükəsizlik Şurasını toplaması bir çox ehtimallara yol açıb. Bakupost.az xəbər verir ki,…
Bakının bu ərazilərindən uzaq durun! – Təhlükə var

Bakının bu ərazilərindən uzaq durun! – Təhlükə var

Statistikaya görə, Bakı şəhəri əsəb sistemi və hissiyyat xəstəliklərindən əziyyət çəkənlərin sayına görə ölkə üzrə liderdir. Belə ki, Azərbaycanda bu…
Kubinkada dəhşət: Svaylar uçdu Ekskavator BETON ALTINDA QALDI

Kubinkada dəhşət: Svaylar uçdu Ekskavator BETON ALTINDA QALDI

Kubinka adlanan ərazidə sakinlər təhlükə ilə üz-üzə qalıblar. Ajans.az xəbər verir ki, Kubinka deyilən ərazidə bina özülü qazıntısı aparan RR Construction…
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Azərbaycan və Maldiv arasında viza tələbi qismən aradan qalxıb. Proses.az xəbər verir ki, iyun ayının 18-dən etibarən Azərbaycan və Maldiv…
Ozan Akbaba azərbaycanlı aktrisanın toyuna iştirak etdi – VİDEO

Ozan Akbaba azərbaycanlı aktrisanın toyuna iştirak etdi – VİDEO

Məşhur aktyor Ozan Akbaba hazırda Bakıdadır. BAKU.WS xəbər verir ki, o azərbaycanlı aktrisa Ləman Mərrihin toyuna qatılıb. Ləman rejissor Emil…
Naxçıvanda yeni qurum yaradıldı – Rəis təyin olundu

Naxçıvanda yeni qurum yaradıldı – Rəis təyin olundu

Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub. Qaynarinfo xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və…
İlham Əliyev müraciət etdi

İlham Əliyev müraciət etdi

Azərbaycan Prezidenti İlham Əliyev “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına…