• 20.01.2024 08:36

Bakıda qadın evdən qaçdı, gecəyarısı əri və oğlu…

Bakıda qadın evdən qaçdı, gecəyarısı əri və oğlu…

Bakının Xətai rayonunda 1982-ci il təvəllüdlü Cəlal həyat yoldaşı Sevdaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, hadisə 9 may 2023-cü ildə “Təbrik” şadlıq sarayının “Zümrüd” zalının arxasında baş verib.

Cəlal rəsmi nikahda olduğu həyat yoldaşı Sevdanı sosial şəbəkələrdən tanışlıq məqsədilə istifadə etməsinə görə yaranmış mübahisə zamanı bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Cəlalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Sevda ilə münasibətləri yaxşı olub:

“Lakin arvadım Sevdanın son zamanlar sosial şəbəkələrdən istifadə etməsi aramızda soyuq münasibətlərin yaranmasına səbəb oldu. Ona bir neçə dəfə sosial şəbəkələrdən istifadə etməməsini bildirdim. Amma dediklərimə məhəl qoymadı. Buna görə mobil telefonununu əlindən aldım.

Bir müddət sonra Sevda daha sosial şəbəkələrə daxil olmayacağını, yalnız mənimlə əlaqə saxlamaq üçün mobil telefondan istifadə edəcəyini bildirdi.

Ona inandım, mobil telefonu geri qaytardım. Qısa müddət sonra yenidən bu məsələ ortaya çıxdı. Qızım mənə Sevdanın başqa bir gizlin telefon işlətdiyini dedi. Hətta həmin mobil telefonun qoruyucusunu da evdə tapdım. Lakin ona gizlin telefon işlətdiyini sübut edə bilmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məsələ ilə əlaqədar Sevdanın çox üstünə düşməyib: “Növbəti gün işə getdim. İşdə olanda qızım mənimlə əlaqə saxlayıb anasının evdən qaçdığını bildirdi. Sevdanın anası və qardaşı ilə onu axtarmağa başladıq.

Bir müddət sonra Sevdanın işlədiyini mənə bildirdilər. “Təbrik” şadlıq sarayına gedərək orada Sevda ilə söhbət etməyə çalışdım. Məqsədim aramızda olan mübahisəni həll etmək idi. Həmçinin azyaşlı övladlarım da analarının evə qayıtmasını istəyirdilər.

Söhbət zamanı Sevdaya ailəmizin belə hala düşməsindən narahatlıq keçirdiyimi, uşaqların da onu istədiklərini bildirdim.

Sevdaya evə dönməyi xahiş etdim. O isə məni təhqir etməyə başladı. Sevdaya təhqir etməməyi bildirdim. Amma buna məhəl qoymadı.

Sevdanı başa salmaq üçün onu şadlıq sarayının arxasına apardım. Orada Sevdanın təhqirlərinə dözməyərək evdən götürdüyüm bıçaqla ona xəsarət yetirdim”.

Təqsirləndirilən şəxs bildirib ki, törətdiyi əməldən peşmandır: “Bu hadisədən bir neçə gün sonra barışdıq. Yenidən ailə kimi birlikdə yaşayırıq. Onun mənə qarşı şikayət və tələbi yoxdur”.

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, Cəlalla 2006-cı ilin iyun ayında ailə həyatı qurub: “Biz 2013-cü ilin martında rəsmi nikaha daxil olduq.

Üç övladımız var. Təxminən 2020-ci ilin ortalarından etibarən Cəlal qısqanclıq zəminində mənimlə mübahisə etməyə başladı. Həmin səbəblərə görə 3-4 dəfə evdən çıxaraq valideynlərimin yanına gedib qayıtmışam. Ardınca Cəlal mənə sosial şəbəkəyə girə bilməməyim üçün mobil telefon istifadə etməyə icazə vermədi”.

Zərərçəkmiş şəxs qeyd edib ki, sonuncu dəfə yaşadıqları evdə olan zaman Cəlal onun gizli mobil telefonunun olmasını bildiyindən aralarında mübahisə yaranıb:

“Bir gün sonra yaşadığımız evdə oğlum əlimdə mobil telefonu gördü və Cəlalla aramızda yenidən mübahisə düşəcəyini bildirdi. Mən də oğluma qəzəbləndim, Cəlalın yenidən mübahisə yaradacağını bildiyim üçün evdən çıxaraq getdim. Rəfiqəm Günayın Binəqədi rayonu ərazisində dəqiq ünvanını bilmədiyim mənzilində qaldım.

Xərclərimi ödəmək üçün sosial şəbəkə vasitəsilə tapdığım “Təbrik” şadlıq sarayında qabyuyan işləməyə başladım. Həmin ərəfədə Cəlal mənim anam və qardaşımla maraqlanıb baş verənlərdən xəbər tutdular, mənə zəng edərək evə geri qayıtmağımı bildirdilər. Mən bundan imtina etdim”.

Zərərçəkmiş deyib ki, “Təbrik” şadlıq sarayında işdə olan zaman oğlu içəri daxil olub və onu çölə çağıraraq söhbət etmək istədiyini bildirib:

“Çölə, “Zümrüd” zalının arxasına tərəf çıxdım. Orada oğlumla söhbət edən zaman Cəlal bizə yaxınlaşdı, məni kənara çağırdı. O mənə evə qayıtmağımı, uşaqların məni gözlədiyini bildirdi.

Mən “İnstagram” sosial şəbəkəsindən xəbərlərə və digər məlumatlara baxmaq üçün istifadə etsəm də, bəzən tanımadığım hesablardan mənə ismarış gəlirdi. Cəlal isə mənim başqa kişi ilə danışmağımı iddia etdiyindən ona çox qəzəbli idim. Qısqanclıqdan bezdiyimdən ona kobud şəkildə “get” dedim.

Cəlal yenidən məndən evə getməyimi tələb etdikdə qışqıraraq onu təhqir etdim. O, qəflətən sağ əli ilə şalvarının bel hissəsindən bıçaq çıxararaq məni vurmaq istədi. Arxaya çəkildim, bıçaq sağ ayağımın bud nahiyəsinə xəsarət yetirdi.

Ardınca isə sinə və qarnımın sol yan nahiyəsinə iki dəfə zərbə endirdi. Bir neçə dəqiqə sonra tanımadığım bir neçə nəfər gələrək təcili tibbi yardıma məlumat verdilər. Sonra nə baş verdiyini xatırlamıram. Özümə gəldikdə, artıq xəstəxanada idim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il 6 ay verilən cəza şərti hesab olunub.

DİGƏR XƏBƏRLƏR

“Media Türk TV” Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq edəcək – FOTOLAR

“Media Türk TV” Türk Mədəniyyəti və İrsi Fondu ilə…

Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında təşkilatın prezidenti Aktotı Raimkulova ilə Azərbaycan Mətbuat Şurasının üzvü, “Media Türk TV” İnternet Televiziyasının…
Balaxanıdakı “Cəhənnəm avtobusu”ndan dəhşətə salan GÖRÜNTÜLƏR – Qiymət qalxsa da…FOTOREPORTAJ

Balaxanıdakı “Cəhənnəm avtobusu”ndan dəhşətə salan GÖRÜNTÜLƏR – Qiymət qalxsa…

Cem Karacanın oxuduğu kimi,- “mindik bir əlamətə, gedirik qiyamətə”. Söhbət bu dəfə Bakıya ən yaxın kəndlərdən biri olan, hər küçəsi…
Ayşənin anası ŞOK DETALLAR açıqladı – Görün nələr baş verib

Ayşənin anası ŞOK DETALLAR açıqladı – Görün nələr baş…

Xırdalanda əri tərəfindən binadan atılan 22 yaşlı Ayşən Kazımovanın anası kimi özünü təqdim edən qadın qızı ilə bağlı bəzi məlumatlar…
“Sizin ananız bu qadındır” deyə uşaqları damğalamaq… – Yazıçıdan ETİRAZ

“Sizin ananız bu qadındır” deyə uşaqları damğalamaq… – Yazıçıdan…

Düşünürəm ki, insanlar nəyin qarşılığında insanlığını itirə bilər? Təbii ki daha çox nəyəsə vadar olarsa. Əslində heç onda da olmamalıdır.…
Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ – Vəziyyətin gərginləşməsinə görə…

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ – Vəziyyətin gərginləşməsinə görə…

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın növbəti təxribatı barədə bəyanat yayıb. Nazirlikdən Proses.az-a daxil olan bəyanatda deyilir: “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son…
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir – FOTOLAR

Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir – FOTOLAR

Bu günlərdə idmanın zirvə yarışı hesab edilən Yay Olimpiya Oyunları keçirilir. Publika.az xəbər verir ki, məlum səbəblərdən rusiyalı idmançılar Parisdə keçirilən…
Azərbaycanda kişini qəbiristanlıqda döyüb öldürdülər – tutulan var

Azərbaycanda kişini qəbiristanlıqda döyüb öldürdülər – tutulan var

İyulun 1-də Tovuz rayon sakini 66 yaşlı Novruz Hacıyevin aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon…
“Ərimə 3 dəfə başqası ilə evlən dedim” – Xərçənglə mübarizə aparan məşhur

“Ərimə 3 dəfə başqası ilə evlən dedim” – Xərçənglə…

Xərçənglə mübarizə aparan rəqqasə Tanyeli bu müddətə ərzində ərindən böyük dəstək aldığını deyib. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İlkər…
Səfirin parlament seçkilərində iştirakı- Təsdiqləndi

Səfirin parlament seçkilərində iştirakı- Təsdiqləndi

Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək arzusundan danışıb. Diplomat qeyd…
Mehriban Xanlarovaya ağır itki

Mehriban Xanlarovaya ağır itki

Əməkdar artist Mehriban Xanlarovaya ağır itki üz verib. Proses.az News24.az-a istinadən bildirir ki, M. Xanlarovanın qardaşı uzun sürən onkoloji xəstəlikdən…
Ağadadaş Ağayevi döyən şəxslə bağlı dəhşətli faktlar – Adam oğurluğu, çoxillik türmə həyatı…

Ağadadaş Ağayevi döyən şəxslə bağlı dəhşətli faktlar – Adam…

Ağadadaş Ağayevin döyüldüyü insident bir neçə gündür ki, gündəmi zəbt edib. Müzakirələr davam etdiyi kimi, yeni faktlar da ortaya çıxmağa…
Ağadadaş Ağayevin döyüləndən sonra ilk fotosu

Ağadadaş Ağayevin döyüləndən sonra ilk fotosu

Xəbər verdiyimiz kimi, 22 iyul saat 07 radələrində xalq artisti Ağadadaş Ağayevlı “Medera” hospitalının gözətçisi Nurəddin Cəlilov arasında insident yaşanıb.…
Manatın məzənnəsi dəyişə bilər – Proqnoz

Manatın məzənnəsi dəyişə bilər – Proqnoz

Azərbaycanda dollar-manatın nisbətinin dəyişə bilməsi məsələsi geniş və çoxşaxəli bir məsələdir. Valyuta məzənnəsinin dəyişməsi, bir çox iqtisadi və qeyri-iqtisadi amillərlə…
Baş nazir qərar imzaladı – Uşaqlara pulsuz oldu

Baş nazir qərar imzaladı – Uşaqlara pulsuz oldu

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nı təsdiqləyib. Proses.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli…
Azərbaycanda vəzifəli şəxs xidməti otağında qəfil öldü

Azərbaycanda vəzifəli şəxs xidməti otağında qəfil öldü

Kürdəmir rayonun icra və probasiya şöbəsinin rəisi vəfat edib. “Report”un bölgə müxbirinin əldə etdiyi xəbərə görə, icra və probasiya şöbəsinin…