• 06.02.2024 15:47

“Ailəmdən uzaq ilk səfərim idi”- İlqar Mirzəyevin qızı

“Ailəmdən uzaq ilk səfərim idi”- İlqar Mirzəyevin qızı

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva məzun olub. O, İngiltərənin nüfuzlu universitetlərindən olan “Warwick Business School”un magistr pilləsini başa vurub.

“Qafqazinfo” xəbər verir ki, AzEdu.az təhsil portalı Gülnarə Mirzəyeva ilə əlaqə saxlayıb, xarici ölkəyə adaptasiya dövründən, təəssüratlarından və gələcək hədəflərindən danışıb.

– İngiltərədə öz hesabınıza, yoxsa dövlət hesabına təhsil almısınız?

– Mən İngiltərəyə  Elm və Təhsil Nazirliyi tərəfindən nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə getdim. Yəni yaşayış və təhsil xərclərim dövlət tərəfindən qarşılanıb. Düşünürəm ki, xaricdə təhsil almaq mənim üçün müəyyən qədər faydalı oldu.

– Xarici ölkəyə ilk səfəriniz idi?

– Bəli.

– Özünüzü necə hiss edirdiniz? İngiltərədə təhsil alacağınızı bildikdə hansı hissləri keçirdiniz?

– Tamamilə başqa bir dünyaya köçmüş kimi hiss edirdim. Çünki yaşadığın mühitin, hər gün gördüyün insanların çox fərqli olduğunu müşahidə edirsən və yeni-yeni insanlar tanımağa başlayırsan. Hər bir insanın müxtəlif dünyagörüşə sahib olması insanda maraq hissi oyadır.

Təbii ki bu xəbəri eşidən zaman sevincimin həddi-hüdudu yox idi. İlk növbədə bunu ailəmlə bölüşdüm. İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çox çalışması və həmin məqsədə çatması inanılmaz dərəcədə möhtəşəmdir. Hər kim ki, bunun arzusundadır, ümid edirəm, ona nail olar. Əgər insan qarşısına məqsəd qoyubsa, edə bilməyəcəyi heç nə yoxdur.



– Bəzi insanlar üçün ailədən uzaqlaşıb yad bir ölkəyə getmək çətin olur. Hətta deyərdim ki, buna daha çox qızlarda rast gəlirik. Maraqlıdır, siz xaricdə təhsil almağı necə qərarlaşdırdınız? Ailədən uzaqlaşmaq sizə çətin olmadı?

– Tələbəlik dövründə bu qərara gəldim. Hətta onu da qeyd edim ki, bakalavr təhsilimi də xaricdə almaq istəyirdim. Ancaq bəzi səbəblərdən bu istəyim baş tutmadı. Ona görə də qarşıma məqsəd qoydum ki, magistr təhsilimi mütləq xaricdə alacam.

Az öncə də qeyd etdiyim kimi, bu, mənim ailəmdən uzaq ilk səfərim idi. Ona görə mənə ilk vaxtlar çətinlik yaratdı. Təbii ki İngiltərədə olduğum müddətdə ailəmlə tez-tez əlaqə saxlayıb təcrübələrimi bölüşürdüm. Lakin daha sonra həmin mühitə adaptasiya olmağı bacardım.

– Tələbəlik illərinizi necə xatırlayırsınız?

– Həmin illər mənim üçün olduqca maraqlı idi. Hər semestr tələbə yoldaşlarımla birgə universitetin həyətində qruplarla işləyirdik. Düşünürəm ki, əldə etdiyim təcrübələr gələcək işimdə mənə çox böyük yardımçı olacaq.

– Təhsilə önəm verdiyiniz bəllidir. Bu sizə ailədən aşılanıb, yoxsa özünüz daima inkişafda olmağı seçmisiniz?

– Ailə kiçik bir cəmiyyətdir. Buna görə də hesab edirəm ki, bir uşaq hər şeyi ailədən öyrənir. Yəni bu qədər çalışmağımın, uğurlarımın böyük bir hissəsini ailəmə borcluyam. Atamın, anamın dəstəyi və köməyi olmadan bu nöqtəyə gələ bilməzdim. Həm mənəvi dəstək olmaları, həm də hər zaman mənə inanmaları təbii ki stimul verirdi.

– Heç olubmu ki, oxumaqdan, nələrisə öyrənməkdən yorulmusunuz?

– Məncə, hər bir oxuyan insan bu yoldan keçir. Mən bakalavr təhsilini bitirən kimi magistraturaya qəbul oldum. Fasilə vermədiyim üçün bir az çətinliklərim oldu. Amma heç peşman deyiləm.

– Uğur qazanmaq, vətənə faydalı olmaq üçün həmyaşıdlarınıza nə kimi tövsiyələriniz var?

– Hər şey insanın özündən başlayır. İnsan özünə inandığı müddətcə məqsədyönümlü olmağı bacarmalıdır. Həyatda hər birimizin çətinlikləri olur. Lakin bu çətinliklər heç də məqsədlərimizin həyata keçməsinə maneə törətməməlidir.

– Gələcək karyeranız üçün ən böyük hədəfiniz nədir?

– İxtisasım üzrə yaxşı bir peşə sahibi olmaq istəyirəm. Bunun üçün əlimdən gələni əsirgəməyəcəm.

Qeyd edək ki, Gülnarə Mirzəyeva 2018-ci ildə 500 bal toplayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti iqtisadiyyat fakültəsinin sənayenin təşkili və idarə olunması ixtisası üzrə təhsil alıb.

DİGƏR XƏBƏRLƏR

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib. Hadisə iyunun 14-ü gecə saat 01 radələrində Təbriz küçəsi…
Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəziyyətin inkişafını yaxından izləyir. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata…
İran bu ölkə ilə sərhədləri BAĞLADI

İran bu ölkə ilə sərhədləri BAĞLADI

Pakistan İran-İsrail gərginliyinin artması fonunda İranla hava və quru yollarını bağladığını açıqlayıb. Ajans.az bu barədə Bəlucistan əyalət hökumətinin sözçüsü Şahid…
Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (FOTO/VİDEO)

Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman…

Azərbaycanın tanınmış iş adamı Bakıda oğluna möhtəşəm toy edib. Proses.az Manset.az-a istinadla xəbər verir ki, məşhur biznesmen Cəbrayıl Sadiqli oğlu…
Hacı Şahinin oğlu nişanlandı – FOTO

Hacı Şahinin oğlu nişanlandı – FOTO

Hacı Şahin Həsənlinin oğlu Hüseynin nişan mərasimi olub. Bakupost.az xəvər verir ki, Hüseyn, Firəngiz adlı xanımla nişanlanıb.
948 abonentin qazı kəsiləcək – RƏSMİ

948 abonentin qazı kəsiləcək – RƏSMİ

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə “Azəriqaz” məlumat yayıb. Bildirilib…
Leysan, dolu, sulu qar… – Sabahın havası

Leysan, dolu, sulu qar… – Sabahın havası

Azərbaycanın rayonlarında iyunun 17-də yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və…
Elman Qarayev VƏFAT ETDİ

Elman Qarayev VƏFAT ETDİ

Ağsuda məktəb direktoru vəfat edib. Bu barədə onun yaxınları sosial media hesablarında paylaşım ediblər. Ağsu şəhər Polad Mirzəyev adına 5…
İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran hərbi qarşıdurması Azərbaycan mediasında geniş işıqlandırılır. Lakin informasiya bəzən mənbəyi şübhəli informasiyalara da rast gəlinir. Xəbər saytlarının redaktorları “fake…
Məşhur türkiyəli aktyor ciddi zədə aldı

Məşhur türkiyəli aktyor ciddi zədə aldı

“1001 gece masalları” serialı üçün kamera qarşısına keçən tanınmış türkiyəli aktyor İbrahim Çelikkol tennis oynayarkən qəfil yıxılaraq qolundan ciddi şəkildə…
Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə “hücum çəkdi” – VİDEO

Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə “hücum çəkdi” –…

“Elgizlə izlə” verilişində gərgin anlar yaşanıb. Milli.Az xəbər verir ki, verilişin qonağı olan müğənnilər Zahidə Günəş və Ülviyyə Namazovanın sözləri…
Yenə “Mərcan” klinikası – Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir

Yenə “Mərcan” klinikası – Plastik əməliyyatda ölən pasientin yaxınları…

Rusiya vətəndaşı olan Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah eyni zamanda MedAura klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan…
Öldü deyilən Xameneinin müşaviri sağdır? – FOTO

Öldü deyilən Xameneinin müşaviri sağdır? – FOTO

İran mətbuatı ölkənin ali lideri Əli Xameneinin müşaviri Əli Şamxaninin öldüyünü təkzib edib. Milli.az xəbər verir ki, bu barədə İranın nüfuzlu…
Nəfəsin estetik əməliyyatdan öncəki FOTOsu müzakirələr yaratdı

Nəfəsin estetik əməliyyatdan öncəki FOTOsu müzakirələr yaratdı

Müğənni Nəfəs illər öncəki görüntü ilə diqqət çəkib. İfaçının 5 il əvvəl çəkilən estetik əməliyyatız fotosu gündəm olub. Sosial şəbəkələrdə…
Ənvər Abbasovun ölüm xəbəri yayıldı

Ənvər Abbasovun ölüm xəbəri yayıldı

Bu gün sosial şəbəkələrdə “Komedixana”nın sevilən aktyoru Ənvər Abbasovun ölüm xəbəri yayılıb. Proses.az xəbər verir ki, Azxəbər.com aktyorun özü ilə…