• 07.05.2024 15:08

Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI

Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.

AAYDA-dan  verilən xəbərə görə, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.

Belə ki, layihənin keçəcəyi ərazi Nərimanov rayonundakı “Keşlə bazarı” ilə kəsişmədə yerləşir. Belə olan halda sözügedən bazarın sökülmə ehtimalları da artıb. Layihəyə əsasən, Bakıda metronun “Koroğlu” metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”nın sökülməsi gözlənilir. Məlumat hələ təsdiqini tapmasa da, bazrın sökülmə ehitmalının olduqca böyük olduğunu vurğulamaq istərdik.

“Keşlə Bazarı”nın söküləcəyi ilə bağlı məlumatlar yeni deyil. Belə ki, paytaxtın bu məşhur bazarının sökülməsi ilə bağlı xəbər hələ 2015-ci ildə elə məhz sözügedən yolun çəkilməsi ilə bağlı məlumat verildikdən sonra aktuallaşmışdı. Lakin sözügedən yolun tikintisi həmin il təxirə salındı və keçdiyimiz günlərə qədər də bir xəbər yox idi. Lakin AAYDA metronun “Koroğlu” stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə bağlı qərarı açıqlandıqdan sonra yenidən bu məsələ gündəmə gəlidi.

“Keşlə bazarı”nın sökülməsinin artıq plana salınacağı gözlənilir və buna səbəb yolun bazarın ərazisindən keçəcək hissəsinin olmasıdır.

Mövzu ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında bildirdi ki, bu günə qədər bir çox dövlət layihələrinin icrasına görə Bakıda onlarla bazar və ya böyük obyektlər sökülüb:

“İstənilən halda hər hansı obyekt söküləcəksə, deməli bunun öncədən planlaşdırılması aparılıb. “Keşlə bazarı”nın sökülməsi uzun zaman tələb edir ki, bunu la bağlı ciddi araşdırmalar aparılsın və təxminən nə qədər infrastruktur lazımdır və s. Binə və Sədərək vaxtilə hava limanının yanında yerləşirdi. Amma söküldü və Qaradağ rayonuna köçürüldü. “Təzə Bazar”ın özü də söküldü və yox elədilər”.

Ekspert qeyd edib ki, əsas məqsəd yol nəqliyyat ifrastrukturunun təşkili məsələsidir. Bu məsələnin özü AAYDA tərəfindən  araşdırılıb və ciddi nəticələrinin olacağı gözlənilir.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, hazırda ərazidə profilaktik işlər aparılır və hansı obyektlərin sökülüb-sökülməyəcəyi araşdırılır.

“Bununla bağlı hazırda, həmin ərazidə qiymətləndirmə işləri aparılır. Hansı ərazidə hansı obyektlərin söküləcəyi dəqiqləşdirilir. Bununla bağlı öncədən hər hansı dəqiqləşdirilməmiş məlumat vermək düzgün olmaz. Yekun nəticə əldə olunsun, həmin zaman ictimaiyyətə məlumat veriləcək”. Referans.az

DİGƏR XƏBƏRLƏR

İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?

İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?

İbrahim Rəisinin ölüm xəbəri təsdiqlənərsə, onun yerinə kimin keçəcəyi məlum olub. Proses.az Oxu.az-a istinadən xəbər verir ki, bu halda İranın…
Ərdoğan helikopter qəzası ilə bağlı paylaşım etdi – FOTO

Ərdoğan helikopter qəzası ilə bağlı paylaşım etdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi və onun nümayəndə heyətinin olduğu helikopterin qəza enişi etməsi ilə bağlı…
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?

Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğrayıb. İRNA prezidenti daşıyan helikopterin Şərqi Azərbaycan əyalətinin Brazin kəndi ilə…
“Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır” – YERLİ SAKİNLƏR

“Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır”…

“Rəisini daşıyan helikopterin qəzaya uğradığı yer Vanistan və Sarı Çaman kəndləri arasındadır”. Lent.az xəbər verir ki, bu barədə “MOUZE” teleqram…
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: “Hazırda əlavə şərhimiz yoxdur”

ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: “Hazırda əlavə şərhimiz…

“ABŞ İran prezidenti və xarici işlər nazirini daşıyan helikopterin sərt enişi ilə bağlı xəbərləri yaxından izləyir”. Publika.az İRNA-ya istinadla xəbər verir…
Mişeldən Rəisinin düşdüyü qəza ilə bağlı açıqlama…

Mişeldən Rəisinin düşdüyü qəza ilə bağlı açıqlama…

İran Prezidentini və xarici işlər nazirini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbərləri diqqətlə izləyirik. Biz AB-yə üzv dövlətlərlə birlikdə…
Rəisinin helikopterinin son görüntüləri yayıldı – FOTO

Rəisinin helikopterinin son görüntüləri yayıldı – FOTO

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərhədimizdən lentə alının son fotosu yayılıb. Musavat.com xəbər verir ki, prezident və XİN rəhbərinin olduğu…
İran vitse-prezidenti hadisə yerinə yollandı

İran vitse-prezidenti hadisə yerinə yollandı

İranın vitse-prezidenti Möhsün Mənsuri Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı əraziyə yollanıb. Musavat.com xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü…
XİN həmin qəza ilə bağlı paylaşım etdi

XİN həmin qəza ilə bağlı paylaşım etdi

İran Prezidenti İbrahim Rəisi, xarici işlər nazirini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir. Proses.az xəbər…
Rəisinin Instagram hesabında paylaşım: “Mənim üçün dua edin” – FOTO

Rəisinin Instagram hesabında paylaşım: “Mənim üçün dua edin” –…

İran Prezidenti İbrahim Rəisinin rəsmi Instagram hesabında paylaşım edilib. Proses.az xəbər verir ki, paylaşımda “Mənim üçün dua edin” sözləri qeyd…
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu

Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri ordunun bütün qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və polisin prezident İbrahim…
“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” – İlham Əliyev

“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” – İlham…

Prezident İlham Əliyev iranlı həmkarı İbrahim rəsi və onun nümayəndə heyətini daşıyan helikopterin sərt eniş etməsi ilə bağlı paylaşım edib.…
Rəisinin helikopteri nəyə görə qəza etdi? – DETALLAR

Rəisinin helikopteri nəyə görə qəza etdi? – DETALLAR

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı bəzi detallar bəlli olub. Helikopterin meşədə qəzaya uğradığı ehtimal edilir.…
Rəisinin helikopterinin qəzaya uğradığı yer – VİDEO

Rəisinin helikopterinin qəzaya uğradığı yer – VİDEO

İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərini daşıyan helikopter Pir Davudun əlçatmaz meşələrində qəzaya uğrayıb. Proses.az xəbər verir ki, bu…
Rəisinin helikopterinin qəzadan öncəki GÖRÜNTÜLƏRİ – VİDEO

Rəisinin helikopterinin qəzadan öncəki GÖRÜNTÜLƏRİ – VİDEO

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasından əvvəlki görüntüsü ortaya çıxıb. Proses.az xəbər verir ki, onun sərhədə gəlişini əks…