• 09.07.2024 13:50

Liposaksiya zamanı ölən iki uşaq anasının həkiminin ali təhsili yox imiş – Ailəsindən İDDİA

Liposaksiya zamanı ölən iki uşaq anasının həkiminin ali təhsili yox imiş – Ailəsindən İDDİA

“Reo-Med” klinikasına liposaksiya üçün müraciət edən və komaya düşərək vəfat edən 29 yaşlı Aybəniz Almuradovanın ailəsi həkimlərdən şikayətçidir.

Oxu.Az-a açıqlama verən A.Almuradovanın bacısı Gülər Əliyeva mərhumun ölümündə həkimləri günahlandırıb.

Onun sözlərinə görə, bacısı sosial şəbəkədə tanınan həkim Mətanət Eyvazovaya yazaraq liposaksiya olunmaq istədiyini bildirib. Həkim də cavabında əməliyyatın çox yüngül proses olduğunu bildirərək, klinikaya dəvət edib. İyunun 11-də Aybəniz Almuradovanı əməliyyat etmək üçün anesteziya edilib. Hər şey də bundan sonra başlayıb:

“Əməliyyat otağında anestezioloq Babək Mahmudov iynəni vurub, iynənin düzgün vurulub-vurulmadığı sual altındadır. Çünki xəstəxananın kameraları sındırılıb. Ona görə də əməliyyat otağında nə baş verdiyini dəqiq bilmirəm. Xəstəxananın direktoru Əli Hüseynov, anestezioloq Babək Mahmudov və həkim Mətanət Eyvazova – hamısının əli var bu işdə. Bacım komada olanda öyrəndik ki, Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. Həmin şəxs lazeroloq işləyirmiş, 6 aydır ki, bu işi kursa gedərək öyrənib. Sadəcə əlində kurs sertifikatı olan bir adam həkim kimi işləyib. Heç bir səlahiyyəti olmadan… Biz ondan diplomunu tələb etdik, gətirmədi. Anestezioloq B.Mahmudovdan da tələb elədik. Mənə gətirdiyi diplom odur ki, adam müalicə işi üzrə keçən il universitet bitirib. Onun anesteziologiya üzrə heç bir təcrübəsi yoxdur”.

Mərhumun bacısının sözlərinə görə, xəstəxana da qanunsuz fəaliyyət göstərirmiş:

“Əli Hüseynov da “Reo-Med” klinikasını qanunsuz işlədirmiş. Binəqədi Rayon Prokurorluğundan bildirdilər ki, bizim o xəstəxanadan xəbərimiz yox idi. Bir ay əvvələ kimi biz o xəstəxananı bağlı bilirdik. Oradan şikayət olunub. Bir xanım əməliyyat olunub, bədənində çürümə gedir. Düzdür onu Mətanət etməyib. Başqa həkim edib, amma o xəstəxanada olub. Biz şikayətə gedəndən sonra bildik ki, qanunsuz şəkildə işlədilib. Tibb bacılarının, həkimlərinin ali savadı yoxdur “.

Gülər Əliyeva deyir ki, bacısına ilkin tibbi yardım göstərilməyib:

“Qan analizi alınıb. Başqa analiz alınmayıb. Amma başqa analizlər də alınmalıydı. Əməliyyat otağında ilkin tibbi yardım göstərilməyib. Süni tənəffüs aparatı olmayıb. Sübutla, faktla bunlar mənim əlimdə var.

Digər klinikadan gələn komanda soruşdu ki, niyə bu aparatlara qoşulmayıb? Deyiblər ki, yox idi. Əgər yoxdursa, niyə sən məsuliyyətsizlik edib əməliyyat edirsən? Kimsə bilməsin deyə xəstəxanada 4 saat yubadılıb. Baxıblar ki, əlac yoxdur. Sonra müraciət ediblər. Əvvəlcə başqa klinikaya aparıblar. Daha sonra Neftçilər xəstəxanasına köçürülüb. 21 gün komadan sonra iyulun 2-də vəfat edib. Bildiyimizə görə, həkim hələ də xəstə qəbul edir və əməliyyatlar aparır.

Mətanət Eyvazova deyə bilər ki, bacıma əli dəyməyib, anestezioloq edib, amma o məsuliyyət daşıyırdı. Niyə xəstəni təcrübəsi olmayan anestezioloqa əmanət edirsən? Kimlərisə bədbəxt edirsən. Ona həkim deyilməməlidir, o lazeroloqdur. Biz xəstəxanadan da, həkimlərdən də şikayətçiyik. Bacımın iki balası yetim qaldı. Hər gün analarını soruşurlar. Nə cavab verəcəyimizi bilmirik. Həmin şəxslər qanun qarşısında cavab verəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Bakıda bu ərazidə mal əti adı ilə camış və at əti satırlarmış – FOTO

Bakıda bu ərazidə mal əti adı ilə camış və…

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən fiziki şəxs Vüqar Vəliqulu…
DİN-dən yarım milyonluq əməliyyat, saxlanılanlar var – VİDEO

DİN-dən yarım milyonluq əməliyyat, saxlanılanlar var – VİDEO

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə investisiya şirkəti adı altında fəaliyyət göstərən “First Zenit Capital” səhifəsinin “Shopify” beynəlxalq elektron ticarət portalında…
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ

Fevralın 28-i və martın 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı…
Tanınmış jurnalist üçüncü dəfə həbs olundu

Tanınmış jurnalist üçüncü dəfə həbs olundu

Bir neçə mətbuat orqanında eləcə də ANS və İTV-də uzun müddət kriminal sahə üzrə fəaliyyət göstərən Azər İsrafilov yenidən həbs…
Prokuror Ağadadaş Ağayevin – 2 il həbsini tələb etdi

Prokuror Ağadadaş Ağayevin – 2 il həbsini tələb etdi

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb. Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış…
Murad Dadaşovdan efirdə Vüsaləyə gözlənilməz sürpriz – VİDEO

Murad Dadaşovdan efirdə Vüsaləyə gözlənilməz sürpriz – VİDEO

“Xəzər Media Mərkəzi”nin rəhbəri, Xalq artisti Murad Dadaşov aparıcı Vüsalə Əlizadəyə efirdə gözlənilməz sürpriz edib. Buna səbəb Vüsalənin aparıcısı olduğu…
“Ərim xəyanət etdi, qadın hamilə idi” – Sevda

“Ərim xəyanət etdi, qadın hamilə idi” – Sevda

“Qadın kimi xoşbəxt olmadım. Nəsib olmadı. Əvvəldən olmadı. Mənimki qətirmədi. Oğlum heç dünyaya gəlməmişdi. O, yarı yolda idi. İlk ərimlə…
Getdikcə artan Dang qızdırması qorxu yaradır – VİDEO

Getdikcə artan Dang qızdırması qorxu yaradır – VİDEO

Filippinin Metro Manila bölgəsinin ən böyük şəhəri olan Kezon şəhərində Dang qızdırması hallarının sayı sürətlə artır. Proses.az Yenisabah.az-a istinadən xəbər…
Mahir Emrelinin “Nürnberq”dəki taleyinə aydınlıq gətirildi

Mahir Emrelinin “Nürnberq”dəki taleyinə aydınlıq gətirildi

Son zamanlarda Almaniyanın “Nürnberq” klubundan ayrılacağı bildirilən Mahir Emreli minimum mövsüm sonunadək komandada qalacaq. Oxu.Az-ən əldə etdiyi məlumata görə, “Seul”…
Azərbaycandan belə qaçmaq istədi – Fotolar

Azərbaycandan belə qaçmaq istədi – Fotolar

Fevralın 26-sı saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının “Sədərək” dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb. Proses.az…
8 Martla bağlı direktorlara XƏBƏRDARLIQ

8 Martla bağlı direktorlara XƏBƏRDARLIQ

Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Proses.az xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir…
Fransız casusdan məhkəmədə şok etiraflar

Fransız casusdan məhkəmədə şok etiraflar

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti…
Rusiyanın xalq artisti 61 yaşlı piyadanı vurdu – Hadisə yerindən qaçdı – FOTOLAR

Rusiyanın xalq artisti 61 yaşlı piyadanı vurdu – Hadisə…

Rusiyanın xalq artisti Aleksandr Buynov piyada keçidində yaşlı qadını vurub. Milli.Az xarici mediaya istinadla xəbər verir ki, müğənni Aleksandr Buinovun…
Bu tarixdə maqnit qasırğası olacaq – XƏBƏRDARLIQ

Bu tarixdə maqnit qasırğası olacaq – XƏBƏRDARLIQ

Yaxın günlərdə Günəş aktivliyinin artması gözlənilir. Proses.az lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava…
Polisdən qaçmaq üçün 12 il bənzədiyi qardaşının şəxsiyyətindən istifadə etdi – FOTO

Polisdən qaçmaq üçün 12 il bənzədiyi qardaşının şəxsiyyətindən istifadə…

Əskişəhərdə polis tərəfindən 12 ildir axtarılan 57 yaşlı kişi tapılıb. Əskişəhərdə yaşayan Əli Rıza İ. adlı kişi 2013-cü ildə “böhtan”, “ictimai əmlaka…