• 23.08.2023 01:21

Rusiya kəşfiyyatı Putinə niyə ultimatum verdi: Priqojinin hakimiyyətə yolu təmizlənir

Rusiya kəşfiyyatı Putinə niyə ultimatum verdi: Priqojinin hakimiyyətə yolu təmizlənir

“Vaqner”in sahibi Yevgeni Priqojinin tələblərini təkrarlayan rus kəşfiyyatının prezident Vladimir Putinə ultimativ mesajlar göndərməsi Rusiya elitasında hakimiyyət uğrunda savaşın dərinləşdiyini göstərir… Üstəlik, vaxtilə “Vaqner”in yaradılması və sonradan nəzarətdə saxlanması ilə də məhz Rusiya ordusuna aid Dövlət Kəşfiyyat İdarəsinin məşğul olduğunu nəzərə aldıqda, bu, Kreml sahibinin hakimiyyəti itirmə ehtimalının ciddiləşdiyini sezdirir…

Rusiya siyasi dairələrində ziddiyyətlər dərinləşməkdə davam edir. Hazırda Kremlin divarları içərisində hakimiyyət böhranının mövcudluğunu təsdiq edən məqamlar daha qabarıq şəkildə müşahidə olunur. Bu səbəbdən də, Rusiya siyasi sistemində çatlar dövlət idarəçiliyində də kifayət qədər ciddi problemlər yaradır. Və belə anlaşılır ki, Kreml indiki situasiyada əvvəlcədən planlaşdırılmış addımların atılmasın da kəskin müqavimət ilə üzləşə bilər.

Məsələ ondadır ki, Rusiya ordusu Ukrayna savaşında uğursuz situasiyadan uzaqlaşa bilər. Əksinə, son vaxtlar “savaş bataqlığı” Rusiyanı daha dərin qatlara çəkir. Kremlin Rusiyanı “savaş bataqlığı”ndan çəkib, çıxartmaq üçün resursları o qədər də ümidverici deyil.

“Bloomberg”in Qərb kəşfiyyatına aid mənbələrdən əldə etdiyi məlumata görə, Rusiya ordusu Ukrayna savaşında düşdüyü vəziyyətdən çıxmaq üçün yeni canlı qüvvəyə ehtiyac duyur. Əks halda, Ukrayna ordusunun əks hücum zərbələrinə tab gətirmək şansı elə də yüksək görünmür. Və ən ciddi problemlərdən biri canlı qüvvə itkilərinin Rusiya ordusunda döyüş qabiliyyətini aşağı salması ilə bağlıdır.

589a5d6b-1529-49b3-a780-2aafa6e86dde.jpg (110 KB)

ABŞ kəşfiyyatının öz məlumatlarınına dayanaraq, apardığı minimal hesablamalara görə, Rusiya ordusunun bərpa olunmayan canlı qüvvə itkisi 120 min nəfərdən çoxdur. 300 min nəfəri aşan yaralı sayı isə Rusiya ordusunun Ukrayna savaşında təxminən yarım milyona yaxın hərbçi itirdiyini göstərir.

Qərb hərbi mütəxəssislərinin fikrincə, ötən səfərbər olunan hərbçilər artıq rus generallar üçün yetərli qüvvə deyil. Avqustun əvvəllərindən etibarən Rusiya ordusunda rezervlər də tüklənməyə başlayıb. Rus generalların “yırtıqları” qapatmaq üçün hərbi hissələri qarışıq şəkildə cəbhə xətti boyunca düzmək məcburiyyətində qalması da bunu təsdiqləyir.

Halbuki, indiki situasiyada Ukrayna ordusunun əks-hücum əməliyyatınin ərazilərin azad edilməsi ilə müşayiət olunduğunu iddia etmək də çox çətindir. İndiki halda, Ukrayna ordusunun yalnız Rusiya qoşunlarında deqradasiya prosesini sürətləndirdiyini iddia etmək mümkündür.

Ona görə də, indi Rusiya ordusunun yeni səfərbərlik ilə gücləndirilməsi qaçılmaz şərtlərdən biri hesab olunur. Ancaq Kremldə yeni səfərbərlik ehtiyacına maksimum səviyyədə ehtiyatlı yanaşırlar. Çünki ilk səfərbərlik prosesinin Rusiya cəmiyyətində savaşa ictimai dəstəyi ciddi şəkildə azaltdığını və prezident Vladimir Putinin reytinqinə sarsıdıcı zərbə vurduğunu qətiyyən unutmayıblar. Ona görə də, Kreml bu barədə prinsipial qərar verməkdə tərəddüd edir, yeni səfərbərlik planlarını mümkün qədər təxirə salmağa üstünlük verir.

Halbuki Kreml Rusiya ordusuna yeni canlı qüvvə cəlb edilməsi prosesindən tamamilə imtina etməyib. Belə ki, hələ mart ayında könüllülərin və müqavilə əsasında xidmət etmək istəyən vətəndaşların orduya çağırılmasına başlanıb. Bu proses sayəsində Rusiya ordusuna ən azı 400 min nəfərin cəlb olunması nəzərdə tutulsa da, ötən müddət ərzində bu rəqəmin təxminən yarısını təmin etmək mümkün olub.

a1366d7d76649dc944729d962699eb35.jpg (298 KB)

Maraqlıdır ki, bütün bunlara baxmayaraq, yeni kütləvi səfərbərlik üçün qanunverici baza artıq hazırdır. Ölkənin tərk edilməsini qadağan edən elektron çağırış sistemi də artıq hazırdır. Çağırış yaşı isə 30 yaşa qədər artırılıb və bununla da təxminən 2,3 milyon nəfərin orduya çağırılması üçün hüquqi baza yaradılıb.

Göründüyü kimi, Rusiya böyük savaş və ümumi səfərbərlik üçün lazım olan qanunvericilik aktlarını hazırlayıb. Ancaq Rusiyanın güc strukturlarında ciddi təsirə malik “qırğılar” ümumi səfərbərliyin gecikməsindən ciddi şəkildə narazıdırlar. Onlar hesab edirlər ki, ölkədə dərhal hərbi vəziyyət elan edilməlidir. Eyni zamanda, qısa müddət ərzində ümumi səfərbərliyin keçirilməsi təmin olunmalıdır.

Maraqlıdır ki, bəzi məlumatlara görə, “qırğılar” son vaxtlar bütün bu həlledici addımların atılması üçün prezident Vladimir Putinə təzyiqləri artırmağa başlayıblar. Onların fikrincə, prezident Vladimir Putin Ukrayna savaşında daha aqressiv addımların atılması ilə bağlı prinsipial qərarlar verməlidir. Güc strukturlarındakı “qırğınlar”ın Rusiya kəşfiyyatını təmsil edən hissəsi ilk növbədə müdafiə naziri Sergey Şoyqunun və baş qərargah rəisi, general Gerasimovun dərhal istefaya göndərilməsini tələb edirlər.

Ancaq hələlik Rusiya kəşfiyyatından gələn bu ultimstiv tələblərə müsbət reaksiya verilmə ehtimalı inandırıcı görünmür. Belə ki, Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin istefa göndərilməsinə hər hansı hazırlığın əlamətləri müşahidə olunmur. Əsas səbəblərdən biri ondan ibarətdir ki, Rusiya kəşfiyyatının bu tələbləri prezident Vladimir Putinə qarşı qiyam qaldırmış “Vaqner”in rəhbəri Yevgeni Priqojinin istəkləri ilə tamamilə üst-üstə düşür.

ed9cac80b11f0550502f487adc951954.jpg (338 KB)

Təbii ki, məhz bu önəmli məqam prezident Vladimir Putini və onun yaxın ətrafını ciddi şəkildə narahat edir. Çünki Rusiya kəşfiyyat dairələrinin Şoyqu və Gerasimovun istefasını tələb etməsi “Vaqner”in və Yevgeni Priqojinin dəstəklənməsi kimi qəbul edilir. “Vaqner”in qiyamı dövründə Yevgeni Priqojinin 20 nəfərə yaxın rus generalı və kəşfiyyatın rəhbərliyinə daxil olan şəxslərlə intensiv əlaqə saxlaması da indi heç kimə sir deyil. Çünki onların mütləq əksəriyyəti artıq vəzifələrini itirərək, həbs olunub.

Digər tərəfdən, bir müddət öncə Rusiya kəşfiyyatının keçmiş əməkdaşı Yevgeni Priqojinin yaxın altı ay ərazində fiziki cəhətdən aradan qaldırıla biləcyəni bildirmişdi. O, hesab edirdi ki, əks halda, Rusiyanın güc strukturlarında hələ də güclü dəstəyə malik olan Yevgeni Priqojin ölkənin yeni prezidenti ola bilər. Məlumdur ki, əslində, Rusiya kəşfiyyatının keçmiş əməkdaşı olmur. Bu baxımdan, Yevgeni Priqojinin prezidentliyi ilə bağlı iddianın rus kəşfiyyatının daxilindən verilən təlimatla məqsədyönlü şəkildə dövrüyyəyə buraxılma ehtimalı da mövcuddur.

Ona görə də, Yevgeni Priqojinin tələblərini təkrarlayan rus kəşfiyyatının prezident Vladimir Putinə ultimatum verməsi Rusiya elitasında hakimiyyət uğrunda savaşın dərinləşdiyini göstərir. Üstəlik, vaxtilə “Vaqner”in yaradılması və sonradan nəzarətdə saxlanması ilə də məhz Rusiya ordusuna aid Dövlət Kəşfiyyat İdarəsinin məşğul olduğunu nəzərə aldıqda, Kreml sahibinin ətrafında tünd rənglərin artdığını düşünmək olar. Və prezident Vladimir Putinin də keşmiş peşəkar kəşfiyyatçı olduğunu da hesaba qatdıqda, Kreml sahibinin öz hakimiyyətini qorumaq üçün hansı addımları atacağı da böyük maraq doğurur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

DİGƏR XƏBƏRLƏR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,…
Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Aktyor Ziya Ağanın səhhətində problem yaranıb. Proses.az olay-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Ziya bildirib…
Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib. Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.…
Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ – VİDEO

Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ –…

Sosial şəbəkələrdə bir müddət öncə musiqi sədaları ilə dəfn olunan gəncin görüntüsü yayılmışdı. Yol qəzasında vəfat edən gəncin son çəkildiyi…
Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb. Proses.az Publika.az-a istinadla xəbər verir…
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub,…
Sabah Azərbaycana QAR yağacaq

Sabah Azərbaycana QAR yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz…
Tanınmış idman ustası vəfat etdi

Tanınmış idman ustası vəfat etdi

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib. Proses.az report-a istinadən xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını…
259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbə uşaqlarını birinci sinfə qoyan valideynlərlə direktorun arasında elə ilk gündən narazılıq yaranıb. Səhifəmizə verilən məlumata görə direktor…
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyədə keçirilən “Miss Turkey 2024” yarışmasının qalibi İdil Bilgen haqqında yazılan mənfi rəylərdən danışıb. Proses.az baku.ws-ə istinadən bildirir ki, model…
Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Bakının məşhur məkanlarından birində konsert proqramı ilə çıxış edən Yusuf Güneyin onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan azərbaycanlı qıza verdiyi…
Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Əməkdar artist Nailə İslamzadə nəvəsi ilə bağlı paylaşım edib. Proses.az olay-a istinadən bildirir ki, o, iki yaşı tamam olan Sofianın…
Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.…
Ərdoğan onları vəzifəsindən azad etdi

Ərdoğan onları vəzifəsindən azad etdi

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam…
“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün…