- 04.09.2023 12:46
Ərdoğan Putinlə danışıqlar üçün Rusiyaya yola düşdü
![Ərdoğan Putinlə danışıqlar üçün Rusiyaya yola düşdü](https://proses.az/wp-content/uploads/2023/09/e9e21b764ef2b05c43923414caad4b95.jpg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə yola düşüb.
Proses.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, o, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Türkiyə-Rusiya ikitərəfli əlaqələri, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparacaqlar.
Proses.az