- 16.09.2023 17:52
İki ay əvvəl təyin olunan rəis işdən çıxarıldı – FOTO
![İki ay əvvəl təyin olunan rəis işdən çıxarıldı – FOTO](https://proses.az/wp-content/uploads/2023/09/1694872001_1689188967_1689187825_seventimes_a66b914491c8d0a7c0a56181d2f44c6a_ypoe18gqmbji6lfwc42h.jpg)
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olunub.
PROSES.AZ xəbər verir ki, 2 ay əvvəl Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunan Fuad Babayev vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə hələ ki təyinat yoxdur.
Qeyd edək ki, o uzun illər Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.(Report)