- 18.09.2023 08:35
Müdafiə Nazirliyi məlumat yaydı – SON DƏQİQƏ
![Müdafiə Nazirliyi məlumat yaydı – SON DƏQİQƏ](https://proses.az/wp-content/uploads/2023/09/mnnnnjpg_1695009215.jpg)
Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyindən PROSES.AZ-a verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.